`Ermənilər Qarabağdan çıxarılmalıdır` - Senator
01:30 08 Aprel 2016
Fransalı senator, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davamı olaraq Ermənistan tərəfindən həyata keçirilmiş hərbi təxribatı ciddi şəkildə pisləyib və bu təxribat nəticəsində azərbaycanlı əsgərlərin və mülki vətəndaşların həlak olmasından kədərləndiyini bildirib.
Azərbaycanın Fransadakı Dostları Assosiasiyasından Femida.az-a verilən məlumata görə, senator Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğalının nəticəsi olaraq yeni insan itkiləri ilə bağlı başsağlığı ifadə edib.
J.M.Bokel ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə kifayət qədər diqqət yetirməməsindən və bu səbəbdən də qəbuledilməz status-kvonun uzun illər qalmasından və bunların nəticəsində bu gün faciəvi qarşıdurmanın baş verməsindən çox kədərləndiyini qeyd edib.
Senatorun fikrincə, Ermənistan beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasına hörmətlə yanaşmalıdır və Ermənistan hərbi qüvvələri Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonundan sülh yolu ilə çıxarılmalıdır.
Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq işğal olunmuş ərazilərdə Azərbaycanın Ermənistana qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmasını və BMT-nin məlum qətnamələrinin sülh yolu ilə icrasının təmin edilməsi üçün sülh danışıqlarının davam etdirilməsi niyyətini, bununla da bu faciəvi eskalasiyanın qarşısını almasını alqışlayan senator Ermənistanı da analoji addım atmağa çağırıb.
Oxunub: 822
Oxşar xəbərlər
- `Ermənilər bu ərazidə gəlmə millətdir` - İlham Əliyev
- `Ermənilər 175 azərbaycanlı uşağı qətlə yetirib` - Komitə sədrindən açıqlama
- `Ermənilər dırnağımı çıxartdılar` - Girovluqdan qayıdan Xocalı sakinindən müraciət
- `Ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları görünür` - Nazirlik
- `Ermənilər bizimlə görüşməkdən qorxurlar` - Bayram Səfərov
- `Ermənilər güllələnməyimi istəyirdi` – Afaq Bəşirqızı
- `Ermənilər qaçaq yolla gətirilən mallarla PKK-ya dəstək verir` – Göksel Gülbey
- `Ermənilər onun dişini özünə çəkdirdilər` - Xocalının canlı şahidi danışır (VİDEO)
- `Ermənilərin mənimlə eyni konsertdə iştirakına şərait yaratmıram` - Türkiyədə yaşayan pianoçu ilə müsahibə
- `Ermənilər təkcə Şuşamızı yox, uşaqlığımızı da əlimizdən aldı` - Hollandiyada yaşayan şuşalı ilə müsahibə